[lang=az,en] [/lang] [lang=ru] [/lang] [lang=ru] [/lang]
Fors Group » Haqqımızda

Haqqımızda

«Fors» MMC 2017-ci ildən tullantıların idarə olunması, əsasən sıradan çıxmış avadanlıqların,  qurğuların və elektron tullantıların utilizasiyası sektorunda fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddətdə çox hissəsi elektron olmaqla minlərlə ton tullantını utilizasiya edərək yararlı hissələrini yenidən istehsala qazandırmışdır. Utilizasiya sektorunda yeni yanaşma tətbiq edərək tullantıların təbiətə vurduğu zərəri minimuma endirərək yenidən istifadə üçün yararlı hala gətirmişdir. Tədarük edilən tullantılar çeşidlənərək müxtəlif istehsalat sahələri - qara, əlvan metal, plastik və s. materiallarla təchiz edilir.

Müəssisənin 2023-cü ilin noyabr ayından Qırğızıstan Respublikasında elektron tullantıların utilizasiyası sahəsində “Fors LTD” filialı fəaliyyət göstərir. Şirkət qardaş respublikada anoloji fəaliyyəti göstərərək ictimaiyyətin və Respublika rəhbərliyinin rəğbətini qazanmışdır.

2024-cü ilin sentyabrından “Fors” MMC nəqliyyat vasitələrinin utilizatoru kimi tanınaraq fəaliyyət sahəsini genişləndirmişdir. Yeni innovativ texnalogiyaların tətbiqi ilə müasir nəqliyyat vasitələri utilizasiyası fabriki istifadəyə verilmişdir. Bu nəinki Azərbaycanda, hətta dünyada ən müasir avadanlıqlarla təchiz olunmuş utilizasiya müəssisələrindəndir. 

Müəssisədə ekoloji, sosialoji və müasir idarəetmə metodlarının tətbiqi həyata keçirilir.  İSO 9001İSO 14001 beynəlxalq sertifikatlarına malikdir.


İSO seritifikatlar

Mükafatlar